Filmoqrafiya

Ətraflı...

Onun Haqqında

“Möhsün Sənani sevimli sənətkardır. Bu hər aktyora nəsib olmur”.

Məmməd Arif

Gorkəmli ustadlar Sənani haqqında

 


“Möhsün Sənani heç kəsə bənzəməyən, məlahətli səsə malik olan nadir sənətkardır”.

Üzeyirbəy Hacıbəyli (bəstəkar)



“Sənani səhnəyə alov gətirən sənətkardır”. 

Nazim Hikmət (Türk yazıçısı)



“Möhsün Sənani anadan gəlmə böyük sənətkardır”.


Səməd Vurğun (xalq şairi)




“Möhsün Sənani təkrarolunmaz sənətkardır, onun yaratdığı obrazlar xalqın qəlbində daim yaşayacaq”.


Mehdi Məmmədov (baş rejissor)


“Möhsün Sənani səhnəyə alqışlarla gəlib, alqışlarla gedən sənətkardır. Bu hər aktyora qismət olmur”.

Aleksandr Tuqanov (baş rejissor)


“Möhsün Sənanisiz mən Akademik Dram Teatrını təsəvvür edə bilmərəm. Sənani teatrın yaraşığıdır”.


Akademik Mirəli Kaşkay


“Möhsün Sənani od parçasıdır, onun yaratdığı rollara baxmaq-baxmaq, yorulmadan baxmaq istəyirsən”.


Mehdi Hüseyn (xalq yazıçısı)

 

“Möhsün Sənani sevimli sənətkardır. Bu hər aktyora nəsib olmur”.

Məmməd Arif (xalq yazıçısı)


“Sənani – это великий мастер великой сцены”.

Nodar Dumbadze (Gürcü rejissoru)


“Möhsün Sənani – təkrarsız, bənzərsiz, məlahətli, cana yatan səsə malik böyük sənətkardır”.


Bəhtiyar Vahabzadə (xalq şairi)

 

_______________________________________________________________________________________________________________

70 İLLİYİ ÜÇÜN YAZILAN ŞEİRLƏR

 

Möhsün, bu xoş gündə demə qocaldım,

Ömrün səhnəmizə gətirib bahar.

Həqiqi sənətlə daim ucaldın.

Sənətkar qədrini bilər sənətkar.

Çıxaraq sənətin söz vadisinə

Bir çələng hörmüşəm güldən, çiçəkdən,

Bu yeni baharlı əziz günündə,

Ərməğan verirəm sənə ürəkdən.

Nə xoşdur, xoş gündə nəğmələr demək,

Mən şer bağında ötən bir quşam.

Möhsün! Sənət adlı sən bir çinarsan,

Sənin budağına gəlib qonmuşam.

Mən səni görürəm “Beşinci ildə”

Qəhrəman Eyvazın timsalı kimi,

Mən səni görürəm Səməd Vurğunun

“Vaqif”də Eldar tək qartalı kimi.

Mən səni görürəm, görürəm, ey dost,

“Uzaq sahillər”də Mixaylo təki.

Qanlı yağılara divan tutursan,

Gözündə Abşeron, qəlbində Bakı.

Mən səni görürəm, sürücü oğlan,

Təcili yardımı sürüb gedirsən.

Hərdən Gülükçaya baxıb qayğacı

Gah acı, gah şirin, söhbət edirsən.

Mən səni görürəm, görürəm, Möhsün,

Yüzlərlə sürətlər silsiləsində.

Demə qocalmışam, xoş keçib ömrün,

Bir sənət eşqi var sənin səsində.

Möhsün! Dostlar kimi açıq ürəklə

Səni təbrik edib, alqışlayıram.

Sənə bu şerimi gül dəstəsi tək,

Bu əziz günündə bağışlayıram!



İslam Səfərli





___________________________________________________________________________________________


Sən, ey sənət ustamız,

Göyə qalxır öz adımız,

Azərbaycan səhnəsində

Sən-sən şahin qanadımız.

Bulaq kimi daşa-daşa,

Göstər bizə min tamaşa.

Səhnəmizin bəzəyisən,

Yetmiş nədir, yüz il yaşa!



İslam Səfərli





___________________________________________________________________________________________

Səhnədə baxdıqca biz, göstərdiyin sürətlərə,

Gah gülüb, gah ağlayıb artist kimi sevdik səni.

Olmadın aşıq həyatında ucuz şöhrətlərə,

Zəhmətinlə bir daha şənləndi sənət gülşəni.

Canla-başla xidmət etdin hər zaman öz yurduna,

Öz nəcib qəlbindəki tellərlə bağlandın elə,

Qorxma, dostum, baxmarıq biz yaş üçün pasportuna,

Qəm yemə, çünki həyatda, səhnədə gəncsən hələ.



Süleyman Rüstəm